Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 80

(+994 77) 414-13-03
Mühasibatlıq

Xərclərin Təsnifatı və Növləri

12-September-2024

Xərc mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktiv­lə­rin kənara axını yaxud azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır.

Uçotdakı xərclərlə iqtisadi xərclər arasında hansı fərqlər mövcuddur? 

Hər şeydən əvvəl uçotdakı xərclə iqtisadi xərcləri bir-birindən fərqlən­dir­mək lazımdır. Belə ki, sahibkar sərf etdiyi hər bir vəsaiti özü üçün xərc he­sab edir. Halbuki mühasib həmin əməliyyatı xərc kimi deyil, alış əməliyyatı, yəni aktivlərin yerdəyişməsi kimi qeyd edir. Məsələn, mal-materialların alınması, uzunmüddətli aktivlərin və s. alınması. Bu qeyd olunan aktivlər müəssisə tərəfindən istehlak (istifadə) olunduqca mühasib xərc kimi qeyd edəcəkdir. Yaxud sahibkar ofisində oturduğu yerdə ona kom­mu­nal borclar üzrə hesab faktura gəlir. O bu pulu ödəmədiyi üçün hələ ki, özündə xərcin baş vermədiyini düşünür. Lakin mühasib həmin faktura əsa­sın­da artıq xərcin baş vermdiyi barədə qeydlər aparır. 

Deməli, iqtisadi xərc müəs­sisənin fəaliyyəti zamanı maddi istehlak nemətlərinə sərf edilmiş vəsaitlərdir. Bu baxımdan iqtisadi xərcə həmçinin məsrəf də demək olar. Uçot xərci isə artıq müəssisə tərəfindən istehlakı baş vermiş nemətlərin də­yəridir.

Məsələn, əsas vəsaitin əldə olunması xərc hesab olunmur. Xərc yalnız bu aktivin dəyəri silindikdə, yəni istismar nəticəsində amortizasiya olun­duq­da yaranır. Digər misal, müəssisə mal-material ehtiyatları əldə etdikdə ona çəkilən məsrəflər xərc hesab olunmur. Bu ehtiyat yalnız hazır məhsula çev­ri­lə­rək satıldıqda və müəssisə ona artıq sahib olmadıqda xərcə silinir.

Məhsulların (xidmətlərin, yerinə yetirilmiş işlərin) təqdim olunması nəticəsində aktivlərin azalması üzrə məbləğlər isə xərc hesab olunur.

Xərclər pul vəsaitlərinin xaricolması ilə nəticələnməyən əməliyyatlar he­sa­bına da yarana bilər. Buna misal olaraq amortizasiya xərclərini gös­tər­mək olar.

Yuxarıda qeyd olunanlardan görünür ki, xərclə məsrəf arasında müəyyən fərqlər vardır. Belə ki, xərc müəssisədə baş verən elə bir prosesdir ki, nəti­cə­də müəssisənin aktivlərinin istehlakı artır və qarşılığında müəssisədə başqa bir məhsul formalaşmır. Məsrəf aktivlərin elə sərf edilməsidir ki, nəticədə o başqa bir aktivə (məhsula) çevrilir. Başqa bir aktivə çevrilən vəsait pul, mal-material, əsas vəsait və s. də ola bilər.

Xərclərin hansı təsnifat növləri var?

Xərcləri çox meyarlar üzrə təsnifləşdirmək mümkündür. Mühasibatlıqda xərclərin əsasən aşağıdakı 2 təsnifat növündən daha geniş istifadə olunur:
1)  Xərclərin funksional təsnifatı;
2)  Xərclərin iqtisadi təsnifatı.

Xərclərin funksional təsnifatı nədir? 

Xərclərin funksional təsnifatı dedikdə müəssisənin idarəetmə, istehsal və satış fəaliyyətində yerinə yetirdiyi funksiyasına görə təsnifat başa düşülür. Belə ki, istənilən müəssisənin fəaliyyətini aşağıdakı 3 bölmədən (struk­tur­dan) ibarət təsəvvür etmək mümkündür:

Şəkil 1. Müəssisənin funksiyaları üzrə struktur bölmələri:

 

 

Müəssisənin

funksional bölmələri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İnzibati (idarəetmə) binası

 

İstehsal binası

 

Satış binası

        

 

Şəkildən də göründüyü kimi, müəssisə sanki yuxarıdakı 3 binadan iba­rətdir və hər bir binanın öz iqtisadi (əmək haqqı, material, kommunal, amor­tizasiya və s.) xərcləri var.

Yuxarıda qeyd olunan təsnifatı daha da yığcamlaşdırsaq xərcləri aşağıdakı 2 ümumi qrupa bölmək olar:

A) İstehsal xərcləri;
B) Qeyri-istehsal məsrəfləri: (inzibati xərclər, satış xərcləri)

Xərclərin iqtisadi təsnifatı nədir?

Xərclərin iqtisadi təsnifatı dedikdə xərclərin müəssisədə baş vermiş maliyyə əməliyyatlarının xarakterlərinə görə adlandırılması nəzərdə tutulmuşdur. Bu təsnifatı aşağıdakı kimi sıralamaq olar:

a) Əmək haqqı xərci;

b) Material xərci;

c) Kommunal xərc;

d) İcarə xərci;

e) Amortizasiya xərci;

f) Sığorta xərci;

g) Nəqliyyat xərci;

h) Mühafizə xərci;

i) Vergi xərci və s.
 

Xərclərin iqtisadi cəhətdən sıralamasından da göründüyü kimi, müəs­si­sə­nin hər bir bölməsində qeyd olunan bu xərclər ola bilər. Yəni, yuxarıdakı xərclər həm istehsal zamanı, həm də qeyri-istehsal fəaliyyəti zamanı baş verə bilər.


Sualınız var?
Bizimlə əlaqə saxlayın!

Xidmətlərimiz haqqında daha detallı məlumat əldə etmək və suallarınıza cavab almaq üçün müraciət edin. Rahat və asan!

Ad və soyad
Elektron poçt
Əlaqə telefonu
Müraciət movzusu
  • Audit xidmətləri
    • Peşəkar Mühasibat Auditi Xidməti
    • Vergi Auditi Xidməti
    • Cari Audit Xidməti
    • Xüsusi Təyinatlı Audit Rəyinin Verilməsi
  • Maliyyə və Mühasibatlıq Xidmətləri
    • Mühasibatlıq xidməti (Mühasibat uçotu xidməti)
    • Vergi xidmətləri (Vergi və əlaqəli sahələr üzrə)
    • Maliyyə hesabatlarının hazırlanması
    • Vergi bəyannamələrinin tərtibi
  • Konsultasiya xidmətləri
    • Ödənişsiz Konsultasiya
    • Digər xidmətlər üzrə konsultasiya
  • İctimai Sektor Üzrə Xidmətlər
    • Mühasibat Uçotunun Bərpası
    • Mühasibat Uçotunun Qurulması | Büdcə Təşkilatları
    • Büdcə Təşkilatlarında Mühasibat Uçotunun Aparılması
    • Büdcə Təşkilatları üçün Audit Xidməti
  • İnsan Resursları Xidmətləri
    • İnsan Resursları Üzrə Xidmətlər
  • Hüquq Xidmətləri
    • Vergi Hüququ Üzrə Xidmətlər
  • SƏTƏM Xidmətləri
    • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) Xidmətləri
Mətn