Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 80

(+994 77) 414-13-03
Mühasibatlıq

Konsaltinq və Autsorsinq nədir? | 2024

30-August-2024

Gəlin ilkin olaraq konsaltinqin nə olduğuna baxaq:


Konsaltinq, bir sıra məsləhət xidmətlərini əhatə edir və maliyyə, vergi, kadr, İT, hüquq kimi sahələrdə geniş tətbiq olunur. Məsələn, bir şirkət maliyyə və ya biznes sahəsində problemlərlə üzləşdikdə, konsaltinq şirkətinə müraciət edir. Konsaltinq şirkəti, müəssisəyə gələcək planların proqnozlaşdırılması, strategiyaların hazırlanması, problemlərin aşkar edilməsi və həll yollarının təklif edilməsi kimi məsələlərdə dəstək göstərir. 

Bəs Autsorsinq nədir?


Autsorsinq isə kənar məbələrdən istifadə etmək mənasına gəlir. Konsaltinqdən fərqli olaraq, autsorsinqdə yalnız məsləhət verilmir, həm də işlərin icrası kənar şirkət tərəfindən həyata keçirilir. Autsorsinq tam və hissəli olmaqla iki forması mövcuddur:

  1. Tam Autsorsinq: Şirkət bütün maliyyə işlərini, vergi hesabatlarını, daxili və maliyyə hesabatlarını autsorsinq şirkətinə həvalə edir.
  2. Hissəli Autsorsinq: Şirkət yalnız müəyyən bir hissəni, məsələn, vergi və ya yazışmalar kimi işləri autsorsinq şirkətinə tapşırır, lakin texniki işləri (ödənişlər, qaimələr, daxili hesabatlar) öz işçiləri yerinə yetirir.

Konsaltinq və Autsorsinq arasında fərqlər nələrdən ibarətdir?


Konsaltinq şirkətləri peşəkar təcrübəyə sahib olmalı və sahədə ixtisaslaşmalıdır. Konsultantlar yalnız məsləhət verməklə kifayətlənməyib, həm də idarəetmə qabiliyyətinə malik olmalı, şirkətləri təhlil edib problemləri həll etməkdə səriştəli olmalıdır. Autsorsinqdə isə əsas məsələ işin icrasıdır və burada idarəetmə qabiliyyəti o qədər də önəmli deyil; sahə üzrə peşəkar mütəxəssis olmaq kifayətdir.

Biz Konsaltinq və Autsorsinq xidmətləri göstəririkmi?


Bəli, İATM Konsaltinq olaraq həm konsaltinq, həm də autsorsinq xidmətləri göstərməkdəyik. Əsasən mikro və kiçik sahibkarlıq subyektləri üçün tam autsorsinq xidməti göstərir və bütün işləri öz üzərimizə götürürük. Digər müəssisələr üçün isə hesabatlıq, vergi məsələləri və dövlət qurumları qarşısında öhdəliklərin icrasını təmin edirik.

Xidmətlərə necə müraciət etmək olar?

Konsaltinq və Autsorsinq üzrə xidmətlərimizlə tanış olmaq və qiymət təkilif almaq üçün buraya daxil olun.


Sualınız var?
Bizimlə əlaqə saxlayın!

Xidmətlərimiz haqqında daha detallı məlumat əldə etmək və suallarınıza cavab almaq üçün müraciət edin. Rahat və asan!

Ad və soyad
Elektron poçt
Əlaqə telefonu
Müraciət movzusu
  • Audit xidmətləri
    • Peşəkar Mühasibat Auditi Xidməti
    • Vergi Auditi Xidməti
    • Cari Audit Xidməti
    • Xüsusi Təyinatlı Audit Rəyinin Verilməsi
  • Maliyyə və Mühasibatlıq Xidmətləri
    • Mühasibatlıq xidməti (Mühasibat uçotu xidməti)
    • Vergi xidmətləri (Vergi və əlaqəli sahələr üzrə)
    • Maliyyə hesabatlarının hazırlanması
    • Vergi bəyannamələrinin tərtibi
  • Konsultasiya xidmətləri
    • Ödənişsiz Konsultasiya
    • Digər xidmətlər üzrə konsultasiya
  • İctimai Sektor Üzrə Xidmətlər
    • Mühasibat Uçotunun Bərpası
    • Mühasibat Uçotunun Qurulması | Büdcə Təşkilatları
    • Büdcə Təşkilatlarında Mühasibat Uçotunun Aparılması
    • Büdcə Təşkilatları üçün Audit Xidməti
  • İnsan Resursları Xidmətləri
    • İnsan Resursları Üzrə Xidmətlər
  • Hüquq Xidmətləri
    • Vergi Hüququ Üzrə Xidmətlər
  • SƏTƏM Xidmətləri
    • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) Xidmətləri
Mətn