Vöen Nədir və Niyə Vacibdir?
28-March-2024
Azərbaycan iqtisadiyyatında sahibkarlığın inkişafı, audit sistemlərinin tətbiqi mövzusu hər zaman aktualdır. 2015-ci ildən qüvvədə olan qərarla sahibkarların fəaliyyətinə edilən bir çox yoxlamalar dayandırıldı. Bu dəyişiklik:
Lakin bu qərarın həm müsbət, həm də mənfi tərəfləri var və mütəxəssislər, o cümlədən Radil Fətullayev, bu məsələyə fikir bildirmişdir.
Radil Fətullayevin fikrincə, audit sahibkarların inkişafında və dövlət nəzarətinin effektiv təşkilində önəmli rol oynayır. Əgər yoxlamalar şəffaf aparılarsa, sahibkarlar öz fəaliyyətlərini düzgün istiqamətləndirə, qanun pozuntularının qarşısını ala bilərlər.
Auditin tətbiqi həmçinin;
Təəssüf ki, bəzi sahibkarlar yoxlamaların olmamasından sui-istifadə edir, vergidən yayınır və işçilərlə əmək müqaviləsi bağlamağa maraq göstərmirlər. Bu isə dövlət üçün əlavə problemlər yaradır.
Ən mühüm məsələlərdən biri də yoxlamaları aparan qurumların özlərinin auditə cəlb olunmasıdır. Çünki sahibkarların narazılığı bəzən məhz həmin qurumların obyektiv və şəffaf işləməməsindən qaynaqlanır.
Əgər yoxlama aparan dövlət qurumları da auditdən keçsələr, onların fəaliyyətində şəffaflıq təmin olunar və sahibkarlara qarşı əsassız müdaxilələrin qarşısı alınar. Bu yanaşma həm sahibkarların inamını artıra, həm də ümumi iqtisadi mühitdə şəffaflığı təmin edə bilər.
Ekspertlərin fikrinə görə, gələcəkdə audit sisteminin daha da inkişaf etdirilməsi və digər nəzarət orqanlarında da tətbiqi vacibdir. Bu, həm sahibkarların fəaliyyətinə kömək edəcək, həm də dövlət qurumlarının işini daha effektiv edəcək.
Əlavə olaraq, audit yalnız cərimə və nəzarət kimi yox, həm də maarifləndirici rol oynamalıdir. Sahibkar audit zamanı aldığı tövsiyələrdən istifadə etməklə işini düzgün istiqamətləndirə bilər.
Daha çox faydalı paylaşım üçün bizi izləmədə qalın!
Sualınız var?
Bizimlə əlaqə saxlayın!
Xidmətlərimiz haqqında daha detallı məlumat əldə etmək və suallarınıza cavab almaq üçün müraciət edin. Rahat və asan!
© 2023 IATM Konsaltinq. Bütün hüquqlar qorunur.