Vöen Nədir və Niyə Vacibdir?
28-March-2024
“Mühasib” sözü ərəb sözü olub hesabat aparan, hazırlayan şəxs mənasını verir. Geniş mənada Mühasibat uçotu maliyyə xarakterli, pul ilə ifadə oluna bilən iqtisadi hadisələrin qeydiyyatdan keçirilib təsnifləşdirilməsi və hesabat şəklinə gətirilərək təqdim olunması və təhlilini öyrənən bir elm sahəsidir.
Beynəlxalq təcrübədə istifadə olunan “Accounting” sözü də təxminən bu mənaya gəlir. Sözün kökündə dayanan “Account” sözü hesab kimi tərcümə olunmaqla uçot və hesabatın aparılması mənasını verir.
Bu sualın cavabını bir cümlə ilə ifadə etsək: Düzgün qərar vermək üçün!
Deməli, mühasibat uçotu biznes qərarlarının qəbul olunması üçün əsas informasiya mənbəyidir.
Bu zaman bir neçə addımdan istifadə olunur. Bunlara məlumatı müəyyən etmək, qeydiyyatını aparmaq və istifadəçilərə çatdırmaq addımları aiddir.
İlkin olaraq, təsərrüfat hadisəsi yəni müəssisədə baş vermiş konkret hər hansı bir əməliyyat, məsələn, istehsal, alqı-satqı, maliyyə qoyuluşu və s. müşahidə olunur, onun xarakteri müəyyən edilir. Məsələn, məhsulun satışı, yaxud xidmətin göstərilməsi baş verir və ya əldə olunan gəlirdən vergi tutulur, müəssisəyə dəftərxana ləvazimatı alınır, yaxud işıq, qaz pulu ödənilir və s.
İkincisi, baş vermiş hər bir iqtisadi hadisənin qeydiyyatı aparılır. Qeyd zamanı hadisənin tarixi, məzmunu və məbləği göstərilir. Bu addım zamanı hadisə həmçinin təsnifləşdirilərək (ümumiləşdirilərək) məbləğlər cəmlənib hesablanır.
Üçüncüsü, təsnifləşdirilmiş və ümumiləşdirilmiş iqtisadi hadisələr haqqında məlumat hesabat halına gətirilərək maraqlı tərəflərə (istifadəçilərə) ötürülür. Bu cür məlumat vermə müxtəlif formada ola bilər. Bunlardan biri maliyyə hesabatlarıdır ki, bu haqda növbəti dərslərdə geniş danışılacaqdır.
Dördüncü, hazırlanmış informasiya istifadəçinin tələblərinə uyğun şəkildə çatdırılır. İnformasiyanın faydalı olması üçün onun ən azı 3 tələbə cavab verməsi lazımdır. Əks halda həmin informasiyanın heç bir dəyəri olmur. Bunlar: tamlıq (münasiblik), dürüstlük (etibarlılıq) və vaxtında çatdırılmadır. İnformasiyanın qiymətini artırmaq üçün onun müqayisəliliyini təmin etmək lazımdır.
Sualınız var?
Bizimlə əlaqə saxlayın!
Xidmətlərimiz haqqında daha detallı məlumat əldə etmək və suallarınıza cavab almaq üçün müraciət edin. Rahat və asan!
© 2023 IATM Konsaltinq. Bütün hüquqlar qorunur.