Vöen Nədir və Niyə Vacibdir?
28-March-2024
Məlumdur ki, sahibkarın müəssisəni təsis etməsində əsas məqsədlərindən biri mənfəət əldə etməkdir. Mənfəət (zərər) hər bir müəssisənin fəaliyyətinin son nəticəsidir. Ona görə də mənfəət və zərər haqqında informasiya “Mənfəət və zərərlər haqqında hesabat”da öz əksini tapır.
Hesabatla bağlı əvvəlki mövzularda mənfəətin aşağıdakı növləri ilə tanış olmuşduq:
Ümumi mənfəət - satışdan olan gəlirdən SMMD-ni çıxdıqdan sonra qalan məbləğdir.
Əməliyyat mənfəəti – ümumi mənfəətdən satış və inzibati xərcləri çıxdıqdan sonra qalan məbləğdir.
Vergi tutulan mənfəət - əməliyyat mənfəətindən faiz və sığorta xərclərini, o cümlədən uzunmüddətli aktivlərin satışından əldə olunan mənfəəti (zərəri) çıxdıqdan sonra qalan mənfəət məbləğidir. Qeyd edək ki, bu mənfəət vergi orqanları tərəfindən qoyulan qaydalara uyğun olaraq müəyyən olunan, mənfəət vergisinin hesablandığı mənfəət və ya zərərdir. Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əyləncə və yemək xərclərinin, normadan artıq ezamiyyə xərclərinin və s. gəlirdən çıxılmasına icazə verilmir.
Xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra mənfəətin qalan hissəsidir ki, sahibkar həmin məbləği dövriyyədən çıxardaraq şəxsi istehlakına yönəltmə hüququna malikdir.
Bölüşdürülməmiş mənfəət – xalis mənfəətdən sahibkarın dövriyyədən çıxardığı məbləği çıxdıqdan sonra geridə qalan məbləğdir. Sahibkar bu məbləği dividend kimi götürə, yaxud reinvestisiya edərək müəssisəyə təkrar kapital qoyuluşu edə bilər.
Yuxarıda qeyd olunan mənfəət növləri ilə yanaşı bundan sonra uçot mənfəəti anlayışından da geniş istifadə olunacaqdır. Bunun səbəbi maliyyə uçotu məqsədləri üçün alınan mənfəətlə vergi uçotu məqsədləri üçün hesablanan mənfəət arasında fərqin yaranmasıdır. Bu barədə 5-ci sualda daha geniş izahat veriləcəkdir.
Mənfəət vergisi, hüquqi şəxslərin (şirkətlərin və digər təşkilatların) əldə etdiyi mənfəətə (gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğə) görə dövlətə ödədikləri vergidir. Bu vergi, Azərbaycan Respublikasında da tətbiq olunur və əsasən hüquqi şəxslərin iqtisadi fəaliyyətlərindən əldə etdikləri mənfəətin müəyyən bir faizi kimi hesablanır.
Hüquqi şəxsin mənfəət vergisi əslində, fiziki şəxsin gəlir vergisinə oxşayır. Əgər gəlir vergisi ayrı-ayrı fiziki şəxslərin qazancından çıxılan məbləğdirsə, mənfəət vergisi müəssisə sahibinin əldə etdiyi sahibkar gəlirinə görə ödənilən məbləğdir.
Məhsul istehsal etmək üçün sahibkar müəyyən xərclər çəkir. Məsələn, o, xammal və avadanlıqlar almaqla yanaşı işçilərinə əmək haqqı, dövlət büdcəsinə müəyyən vergilər (ƏDV) ödəyir, istehsal olunan hazır məhsulu bazarda sataraq müəyyən gəlir əldə edir. Sahibkar gəlirindən material, əmək haqqı və ümumi istehsal xərclərini çıxdıqdan sonra qalan ümumi mənfəətdən inzibati, satış və digər xərcləri də çıxaraq qalan məbləğin, məsələn, 20%-i həcmində mənfəət vergisi hesablayıb büdcəyə köçürməlidir.
Fərz edək ki, siz hər hansı çörək mağazasının sahibisiniz. Çörəyin bir ədədini 25 sentə alıb 30 sentə satırsınız. Deməli, satılan hər çörəkdən 5 sent ümumi mənfəətiniz olur. Əgər satışla bağlı əlavə xərclər də çıxılarsa geridə vergi tutulan gəlir qalar. Hesab edək ki, siz 10 000 ədəd çörək satıb – 3000 dollar gəlir əldə etmisiniz. Əlavə olaraq satışla bağlı 20 dollar da xərc çəkmisiniz. Bu zaman əldə olunan gəlirdən çörəyin maya dəyərini (0,25x10 000=2500 dollar) və satış xərcini (20 dollar) çıxdıqdan sonra qalan məbləğdən (480 dollar) dövlətə 96 dollar (480 dolların 20%-i) ödəmək lazım gəlir. Bundan sonra sizin kassanızda 384 dollar pul qalır.
Sahibkar qalan bu məbləği istədiyi kimi xərcləyə bilər: hamısını özünə və ailəsinə sərf edər, yaxud mağazasını genişləndirər, əlavə təzə çörək sexi də tikə bilər.
Əlbəttə ki, sahibkar yalnız çörək satmaqla deyil, başqa yollarla da mənfəət əldə edə bilər. Məsələn, əhaliyə hüquqi xidmət göstərmək üçün özəl firma açan hüquqşünas da, stomatoloji poliklinika təşkil edib insanları müalicə edən stomatoloq da mənfəət götürə bilər. Əgər çörək bişirən müəssisə öz çörəyini satmaq üçün bazara çıxarırsa, hüquqşünas və stomatoloq maddi məhsullarını yox, öz xidmətlərini bazarda sataraq müəyyən mənfəət əldə edə bilər.
Beləliklə, mənfəət vergisi – sahibkarın gəlirlərindən xərclər çıxıldıqdan sonra qalan hissənin mənfəət vergisi dərəcəsinə vurulması ilə alınan məbləğdir ki, o da dövlətə ödənilir.
Sualınız var?
Bizimlə əlaqə saxlayın!
Xidmətlərimiz haqqında daha detallı məlumat əldə etmək və suallarınıza cavab almaq üçün müraciət edin. Rahat və asan!
© 2023 IATM Konsaltinq. Bütün hüquqlar qorunur.