Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 80

(+994 77) 414-13-03
Mühasibatlıq

Konsolidasiyanın mahiyyəti və metodları

30-March-2025

Konsolidə edilmiş maliyyə hesabatı nədir?

Müəssisələr qrupunun maliyyə hesabatlarını vahid müəssisə kimi birlikdə təqdim etməkdir. Müəssisələr qrupunun vahid iqtisadi subyekt kimi maliyyə vəziyyətinin müəyyənləşdirilməsi üçün konsolidə edilmiş maliyyə hesabatları bütün qrup müəsisələrinin maliyyə hesabatlarının birləşdirilməsi yolu ilə hazırlanır.

Konsolidə olunmuş maliyyə hesabatının hazırlanmasının məqsədləri (əhəmiyyəti) aşağıdakılardır:

- Qrupun bütövlükdə maliyyə vəziyyətini göstərmək;

- Ana müəssisənin investisiyalarından yaranan gəlirləri göstərmək;

- Ana müəssisənin səhmdarlarının mənafelərini qorumaq;

- Qrup haqqında vahid iqtisadi subyekt kimi təsəvvür yaratmaq. İdarəetmə ilə məşğul olan ana müəssisənin rəhbərliyinə dəstək göstərmək;

- Vergidən yayınma hallarından sui-istifadə və manipulasiya hallarının qarşısının alınmasına köməklik etmək.

Qeyd edək ki, hesabatların konsolidasiyası qrupa daxil olan müəssisələrin maliyyə hesabatlarında olan bənzər maddələrin sadəcə cəmlənməsi deyildir. Bunu etmək üçün konsololidasiya prinsiplərini və metodlarını başa düşməliyik. Konsolidasiyanın prinsip və metodlarını başa düşmək üçün isə konolidasiya ilə bağlı bəzi anlayışların mahiyyətini bilmək lazımdır.

Qrup – ana müəssisə və bütün törəmə müəssisələri əhatə edən təsərrüfat subyektidir.

Ana müəssisə - bir və ya daha çox törəmə müəssisəsi olan müəssisədir.

Törəmə müəssisə - səhmdar cəmiyyət olmayan müəssisələr daxil olmaqla digər müəssisə (əsas müəssisə kimi tanınan) tərəfindən nəzarət olunan müəssisədir. Başqa sözlə desək, törəmə müəssisə ana müəssisə tərəfindən nəzarət olunan müəssisədir. 

Nəzarət -  müəssisənin fəaliyyətindən mənfəət əldə etmək üçün maliyyə və əməliyyat siyasətinin idarə olunma gücüdür. 

Asılı müəssisə - nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səsvermə hüququ verən səhmlərin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olan müəssisədir.

Birgə nəzarət olunan müəssisə – Hər bir sahibkarın iştirak payı olan korporasiya, tərəfdaşlıq və ya hər hansı digər formada yaranan birgə müəssisədir.

NEİP – törəmə müəssisədə birbaşa və ya dolayısı ilə ana müəssisəyə aid olmayan kapital payıdır.

Qudvil – müəssisələrin birləşməsi zamanı əldə edilən, fərdi şəkildə müəyyən edilən və ayrıca tanına bilinməyən aktivlərdən yaranan gələcək iqtisadi səmərəni təmsil edən aktivdir.

 

Konsolidasiyanın prinsip və metodları aşağıdakılardır:

Yuxarıda da qeyd etdiyimiz kimi, hesabatların birləşdirilməsi (konsolidasiyası) qrupa daxil olan müəssisələrin hesabat maddələrinin riyazi cəhətdən cəmlənməsi deyildir. Konsolidasiyanın öz xüsusi qaydası vardır. 

Maliyyə hesabatının beynəlxalq standartına əsasən konsolidə edilməni zəruri edən əsas səbəb ana müəssisənin (əsas müəssisənin) bir və ya daha çox digər müəssisəyə (törəmə müəssisə) nəzarət etməsidir. MHBS 10 nəzarət prinsipini müəyyən edir və bunu birləşdirmə (konsolidasiya) üçün əsas götürür. 

İnvestor aşağıda sadalananların hamısına malik olduğu təqdirdə investisiya obyektinə nəzarət etmiş hesab edilir:

(a) investisiya obyekti üzərində səlahiyyətə malik olduqda (Səlahiyyət dedikdə, investorun əhəmiyyətli dərəcədə təsir göstərən fəaliyyətləri idarə etmək üçün hüquqlara malik olması başa düşülür);

(b) investisiya obyektində iştirakı ilə əlaqədar dəyişən daxilolmalar üzrə risklərə təsir etmə hüquqları olduqda;

(c) investisiya obyekti üzərində olan səlahiyyətindən istifadə edərək, onun daxilolmaların həcminə təsir etmək imkanı olduqda.

Aşağıdakı tələblərin hamısı ödənildikdə müəssisə konsolidə edilmiş maliyyə hesabatı formalarını hazırlamaqdan azad olur (MHBS 10, maddə 4):

I. Əsas müəssisənin özü digər müəssisənin tam və ya qismən mülkiyyətində olan törəmə müəssisəsi olduqda və onun digər mülkiyyətçiləri, səsvermə hüququ olmayanlar da daxil olmaqla, əsas müəssisənin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını təqdim etmədiyindən xəbərdar olub buna etiraz etmədikdə; 

II. Əsas müəssisənin borc və kapital alətləri açıq bazarda satılmadıqda;

III. Əsas müəssisə hər hansı alətlər sinfinin açıq satışa çıxarılması məqsədilə tənzimləyici orqana öz maliyyə hesabatlarını təqdim etmədikdə;

IV. Müəssisənin tabe olduğu əsas müəssisə MHBS-yə uyğun hazırlamış maliyyə hesabatlarını ictimaiyyət tərəfindən sərbəst istifadə edilməsini təmin etmək şərtilə dərc etdikdə və törəmə müəssisələr ədalətli dəyərlə konsolidə edildikdə və ya ölçüldükdə.

Birləşdirilmiş maliyyə hesabatlarının hazırlanmasının prosedurası ümumi olaraq aşağıdakı 3 addım üzrə izlənməlidir:

(1) Ana müəssisə və törəmə müəssisələrin maliyyə hesabatlarını aktiv, öhdəlik, kapital, gəlir və xərc maddələri üzrə birləşdirməlidir;

(2) Hər bir törəmə müəssisədəki investisiya dəyəri investisiya hesabının balans dəyərindən çıxılmalıdır. Həmçinin, ana müəssisənin hər bir törəmə müəssisəsindəki kapital qoyuluşu kapital hesabının balans dəyərindən çıxılmalıdır.

(3) Hesabat dövrü üzrə törəmə müəssisələrin mənfəət və zərərdə olan Nəzarət Edilməyən İştirak Payı (NEİP) hissəsi ana müəssisənin təsisçilərinin paylarından ayrı qiymətləndirilməli və NEİP hesabına əlavə olunmalıdır.

Beləliklə, yuxarıda qeyd olunan proseduraları daha sadələşdirmək üçün Konsolidə edilmiş hesabatı hazırlamaq üçün aşağıdakı 5 addımdan ibarət prosedura üzrə yerinə yetirmək olar:

1-ci ad: Aktivlər aktivlərlə cəmlənir, investisiya və bir-birilərinə olan debitor borcları istisna olmaqla;

2-ci ad: Öhdəliklər öhdəliklərlə cəmlənir, bir birilərinə olan kreditor borcları istisna olmaqla;

3-cü ad: Kapital yalnız ana müəssisənin kapitalı olaraq qeyd olunur. Bölüşdürülməmiş mənfəət isə ana müəssisənin bölüşdürülməmiş mənfəəti + törəmə müəssisənin satınalmadan sonra əldə etdiyi bölüşdürülməmiş mənfəətinin ana müəssisəyə aid olan faiz nisbəti;

4-cü Aktivlərdə qudvil qeyd olunur;

5-ci ad: Passivlərdə (kapitalda) isə NEİP qeyd olunur


Sualınız var?
Bizimlə əlaqə saxlayın!

Xidmətlərimiz haqqında daha detallı məlumat əldə etmək və suallarınıza cavab almaq üçün müraciət edin. Rahat və asan!

Ad və soyad
Elektron poçt
Əlaqə telefonu
Müraciət movzusu
  • Audit xidmətləri
    • Peşəkar Mühasibat Auditi Xidməti
    • Vergi Auditi Xidməti
    • Cari Audit Xidməti
    • Xüsusi Təyinatlı Audit Rəyinin Verilməsi
  • Maliyyə və Mühasibatlıq Xidmətləri
    • Mühasibatlıq xidməti (Mühasibat uçotu xidməti)
    • Vergi xidmətləri (Vergi və əlaqəli sahələr üzrə)
    • Maliyyə hesabatlarının hazırlanması
    • Vergi bəyannamələrinin tərtibi
  • Konsultasiya xidmətləri
    • Ödənişsiz Konsultasiya
    • Digər xidmətlər üzrə konsultasiya
  • İctimai Sektor Üzrə Xidmətlər
    • Mühasibat Uçotunun Bərpası
    • Mühasibat Uçotunun Qurulması | Büdcə Təşkilatları
    • Büdcə Təşkilatlarında Mühasibat Uçotunun Aparılması
    • Büdcə Təşkilatları üçün Audit Xidməti
  • İnsan Resursları Xidmətləri
    • İnsan Resursları Üzrə Xidmətlər
  • Hüquq Xidmətləri
    • Vergi Hüququ Üzrə Xidmətlər
  • SƏTƏM Xidmətləri
    • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) Xidmətləri
Mətn